EN

Niderlandda canavar azyaşlı uşağı tutaraq meşəyə aparıb

Niderlanddakı qoruqların birində canavar və uşağın iştirakı ilə ciddi insident baş verib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Altı yaşlı uşaq anası Ninke və kiçik qardaşı meşə yolu ilə gedərkən onlara bir canavar yaxınlaşdı. Qadın əvvəlcə heyvanı zərərsiz it kimi zənn etsə də, tezliklə təhlükəni anlayıb. Yırtıcı uşağı tutaraq meşənin dərinliyinə sürükləyib.

Bu zaman təsadüfi yoldan keçənlər köməyə gəliblər və uşağı xilas ediblər.

İlkin məlumatlara görə, hücum edən canavar - Bram ləqəbli - bu qoruqda insanlara və heyvanlara qarşı dəfələrlə aqressivlik nümayiş etdirib. Hakimiyyət ovçulara yırtıcı vurmağa icazə verib, lakin bu tədbirlər hələ də həyata keçirilməyib.

Park ziyarətçilərinə uşaqlar və ev heyvanları ilə gəzməkdən çəkinmələri tövsiyə olunur.

Chosen
54
ucnoqta.az

1Sources