
ABŞ prezidenti Donald Tramp müəyyən etdiyi müddətdə Ukraynada atəşkəslə bağlı razılaşma əldə olunmasa, o, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, D. Tramp bu barədə jurnalistlərlə söhbətində danışıb.
Bu zaman Tramp Moskvanın məhdudiyyətlərdən yayınma qabiliyyətini də qeyd edib:
“Sanksiyalar olacaq, amma görünür, ruslar onlardan qaçmaqda kifayət qədər bacarıqlıdırlar. Bilirsiniz, onlar çox hiyləgər insanlardır və sanksiyalardan qaçmaq o qədər də çətin deyil”.
ELÇİN