EN

Çin Qərbə əsas mineral ixracatına sərt məhdudiyyətlər qoyub

Çin Qərb müdafiə şirkətlərinin ehtiyac duyduğu əsas minerallara sərt ixrac məhdudiyyətləri tətbiq edərək, onları alternativ mənbələr axtarmağa məcbur edib.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” sənaye nümayəndələrinə istinadən yazıb.

Nəşr qeyd edib ki, nadir torpaq metallarının və maqnitlərin tədarükünün azalması silah və texnikanın - sursatdan tutmuş pilotsuz və döyüş təyyarələrinə qədər istehsalda gecikmələrə səbəb olacaq.

Bir ABŞ dron istehsalçısı Çin komponentləri üçün əvəz axtararkən sifarişləri həftələrlə gecikdirmək məcburiyyətində qalıb. Treyderlər bildiriblər ki, bəzi əsas materialların qiymətləri Pekinin tətbiq etdiyi məhdudiyyətlər səbəbindən müharibədən əvvəlki səviyyədən beş dəfə və ya daha çox artıb.

ABŞ silahlarında istifadə edilən 80 000-dən çox hissədə Çin ixrac nəzarətinə tabe olan minerallar var. Bununla belə, demək olar ki, bütün təchizat zəncirləri Çin tədarükçülərinə etibar edir və bu, ABŞ müdafiəsi üçün ciddi risklər yaradır.

Bundan əlavə, Çin hakimiyyət orqanları Qərb şirkətlərindən faydalı qazıntıların hərbi sahədə istifadəsinin qarşısını almaq üçün onların alınması məqsədi barədə ətraflı məlumat vermələrini tələb edib.

Chosen
14
1
report.az

3Sources