EN

Millətlər Liqasının qalibi müəyyənləşdi

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Polşa millisi kişi voleybolu üzrə Millətlər Liqasının qalibi olub. SİA xəbər verir ki, final görüşündə polşalılar İtaliya yığmasını üç setdə məğlub ediblər — 25:22, 25:19, 25:14. Üçüncü yer uğrunda qarşılaşmada Braziliya və Sloveniya komandaları üz-üzə gəlib. Bərabər səviyyəli mübarizədən sonra qələbə və bürünc medal Braziliya yığmasına qismət olub — 23:25, 25:20, 25:23, 25:19.

Qeyd edək ki, Millətlər Liqasının final mərhələsi Çin şəhəri Ninboda baş tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
2
sia.az

3Sources