EN

Şəmkirdə kartof istehsalı artıb

Şəmkir rayonunda kartof sahələrində artıq məhsul yığımına başlanıb.

“Report”un Qərb bürosunun məlumatına görə, cari ilin məhsulu üçün Şəmkirdə 6615, hektar sahədə kartof əkilib.

Son statistik məlumatlara görə əkilmiş sahələrin 4802,0 hektarında məhsul yığımı artıq başa çatıb.

Fermerlər tərəfindən bu il ümumilikdə 133 975 ton məhsul yığılıb, orta məhsuldarlıq hər hektara görə 278 sentner təşkil edib.

Yerli fermerlər bildirib ki, bu il becərdikləri kartof sahəsinin hər hektarından topladıqları məhsul nəzərdə tutduqlarından da artıqdır və məhsuldarlıq yüksək səviyyədədir.

Chosen
11
2
report.az

4Sources