“Nar” Qusarın Laza kəndini 4G şəbəkəsi ilə təmin etdi
Azərbaycanın bütün regionlarını yüksəkkeyfiyyətli
və sürətli internetlə təmin edən "Nar”, ucqar kəndlərdə belə 4G şəbəkəsini genişləndirir.
Mobil operator bu dəfə dəniz səviyyəsindən 1300m yüksəklikdə yerləşən Qusarın
Laza kəndini 3G/4G şəbəkəsi ilə təmin edib. Qeyd edək ki, bu, Laza kəndində
quraşdırılmış ilk 3G/4G baza stansiyasıdır. İndi Laza kəndində yaşayan sakinlər,
eləcə də kəndə gələn turistlər "Nar”ın yüksək sürətli internetindən yararlana
biləcəklər.
"Nar”, interneti bütün ölkə əhalisi üçün əlçatan
etmək məqsədilə Bakı və Abşeron yarımadası ilə yanaşı, regionlarda, şəhər və
rayon mərkəzlərində də baza stansiyalarının sayını daim artırır. Bölgələrə
xüsusi diqqəti ilə seçilən "Nar” hazırda 53 regionu 4G şəbəkəsi ilə
təmin edib. 4G və 3G baza stansiyalarının sayını sürətlə artırmaqla mobil
operator, Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin
edir. Aparılan təkmilləşmə işləri nəticəsində
4G şəbəkəsi hazırda ölkə əhalisinin 91,5%-ni, ölkə ərazisnin isə .. %-ni əhatə
edir.
"Azerfon”
şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni
və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar”
ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni
(işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza
stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
www.anews.az