EN

Göygöldə iki avtomobil toqquşub

Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon Yeni Qızılca kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, iki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində üç nəfər - 1990-cı il təvəllüdlü Xəqani Bayramov, 2005-ci il təvəllüdlü Eşqin Bayramov və 1994-cü il təvəllüdlü Famil Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar təcili yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Chosen
20
2
cebheinfo.az

10Sources