Şabran rayonunun Dəvəçikənd kəndi ətrafında, Bakı Quba yolunun kənarında güclü yanğın baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, axşam saatlarında biçilmiş əkin sahələri alışıb, güclü külək səbəbilə yanğın geniş əraziyə yayılıb, kol-kos yanıb.
Əraziyə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb.
Hazırda yanğının tam məhdudlaşdırılması üçün tədbirlər görülür.