EN

VAZ 2106 qəflətən alışıb külə döndü FOTO

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Cəlilabad rayonunda minik avtomobili yanıb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.

Kənd sakini Zaur Gülağa oğlu Ağayevə məxsus "VAZ 2106" markalı avtomobil qəfildən alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunmasına baxmayaraq avtomobil tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
52
lent.az

1Sources