EN

Kanalda boğulan Natiq şəhid qardaşı imiş

Tərtərdə kanalda boğularaq ölən şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Bərdə rayon Körpüqıran kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğludur.

Əldə edilən məlumata görə, Natiq Hüseynovun kiçik qardaşı Adil Hüseynov Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.

Onlar ailədə 2 qardaş olub. Böyük qardaş Natiq isə bu gün Tərtər kanalında faciəvi şəkildə həlak olub.

Chosen
50
15
bakivaxti.az

10Sources