EN

Kanalda boğulan Natiq Vətən müharibəsi şəhidinin qardaşı imiş - FOTO

Tərtərdə kanalda boğularaq ölən şəxsin kimliyi məlum olub.

Azreform.info xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, o, Bərdə rayon Körpüqıran kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğludur.

Əldə etdiyimiz məlumata görə, Natiq Hüseynovun kiçik qardaşı Adil Hüseynov Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.

Onlar ailədə 2 qardaş olub. Böyük qardaş Natiq isə bu gün Tərtər kanalında faciəvi şəkildə həlak olub.

Ziya Əmirxanlı

Fotoda: Vətən müharibəsi şəhidi Adil Hüseynov

Fotoda: Natiq Hüseynov

 


Chosen
11
15
azreform.info

10Sources