EN

İran və Pakistan arasında bu 12 sahə ilə bağlı ƏMƏKDAŞLIQ SƏNƏDİ İMZALANDI

Ajans.az xəbər verir ki, bu barədə AlJazeera.com məlumat yayıb. İran prezidenti Məsud Pezeşkianın Pakistana rəsmi səfəri çərçivəsində iki ölkənin yüksək səviyyəli rəsmiləri iki ölkə arasında əməkdaşlığın təşviqi və inkişafına zəmin yaratmaq üçün birgə görüş keçirib və müxtəlif sahələrdə 12 əməkdaşlıq sənədi imzalayıblar. Sazişlər turizm, kənd təsərrüfatı, məhkəmə-hüquqi əməkdaşlıq, sənaye, elm və texnologiya, nəqliyyat və tranzit, mədəni irs, ticarət-iqtisadi əməkdaşlıq sahələrini əhatə edir.

İmzalanan sənədlər bilik mübadiləsinin təşviqi, ticarət potensialının inkişafı, millətlərarası əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında regional sinerjinin gücləndirilməsi üçün zəmin yaradacaq.

Chosen
37
9
Ajans.az

10Sources