Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün "Kayzerslautern"in heyətində rəsmi debüt edib. 


Rekord.az xəbər verir ki, onun komandası 2-ci Bundesliqada yeni mövsümün ilk oyununda "Hannover"in qonağı olub.


Mahir Emreli qarşılaşmanın start heyətində yer alıb. O, 67-ci dəqiqədə Richmound Tachie ilə əvəzlənib. 


Oyun "Hannover"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 74-cü dəqiqədə Aseko Nkili vurub.


Emreli bu yay "Kayzerslautern"lə 3 illik müqavilə imzalayıb. O, yeni mövsümə hazırlıq çərçivəsində keçirilən 5 yoxlama oyununda iştirak edib və 3 qol vurub.