EN

Mənim üçün çox böyük itkidir Xalq yazıçısı Anar

ain.az, 525.az portalına istinadən məlumat verir.

"Mənim üçün çox böyük itki, çox böyük ağrıdır”.

525.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında  Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib.

“Bu gün səhər Elçinin ölüm xəbərini almışam. İndiyə qədər özümə gələ bilməmişəm. Bir yazı da yazmışam, “Ədəbiyyat qəzeti”ndə çıxacaq. Böyük nasiri, dramaturqu, tənqidçini, ictimai xadimi, qayğıkeş ailə başçısını itirdik. Mən isə bizim nəsildən olan sonuncu yaxın dostumu itirdim”, - deyə Anar qeyd edib.

Qeyd edək ki, görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev bu gün ömrünün 82-ci ilində vəfat edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
12
525.az

10Sources