EN

“Ötən mövsüm bu mövzuda həddən artıq problem yaşadıq” Samir Abasov

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

Növbəti mövsüm üçün qarşısına ciddi hədəflər qoyan “Neftçi” Polşadakı təlim-məşq toplanışında sonuncu yoxlama oyununa çıxdı. “Ağ-qaralar” “AEL Limassol” ilə qarşılaşdı. 2:2 bitən oyundan sonra bakılıların baş məşqçisi Samir Abasov klub telekanalına müsahibə verib.- Sonuncu yoxlama oyunu oldu. Oyun barədə fikirləriniz?- Toplanış çox yaxşı keçdi, bizim üçün də səmərəli oldu. Bura gəlməmiş dörd oyun planlaşdırmışdıq. Bir oyun yağış səbəbindən ləğv olundu. Oynamaq həqiqətən də mümkünsüz idi. Bu dəfə futbolçulardan çox razı qaldım. Yaxşı və maraqlı oyun keçdi. Bu matç başqalarından əməlli-başlı fərqlənirdi. Meydanda dominant oyun sərgiləyən, topu özündə saxlayıb nələrisə düşünən komanda var idi. Rəqib də möhkəm və sərt rəqib idi.- Təxminən 18-19 gündü Polşadayıq. Komandada ümumi ab-hava necədi? Yeni transferlərin əvvəldən komandada olan futbolçularla münasibəti hansı səviyyədədi?- Meydançadan kənarda əsas məqam elə budu. Məqsədimiz bunu düzəltməkdi. Ötən mövsüm bu mövzuda həddən artıq problem yaşadıq. Ab-hava mükəmməldi. Baş məşqçinin arzulayacağı ab-havadı. Yeni transferlərdən müsahibə alsaz, onların səmimiyyətindən hər şeyi anlayarsız. Hamısı komandaya isnişib.- Kurçi və Kristian haqda fikirləriniz?Ümid edirəm ki, çempionatda bu uşaqlardan istədəyimizi alacağıq. Bunların keyfiyyətini, bacarığını görüb götürmüşük. Kurçi tam formadadı. Əvvəlki komandasında məşqlərdə olub, oyunlara hazırdı.MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
icma.az

2Sources