Türkiyənin Tekirdağ vilayətinin Ergene ilçəsində narkoz qazı istehsal olunan fabrikdə azot protoksit qazanında güclü partlayış baş verib.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 işçi həyatını itirib.
Partlayışın hansı səbəbdən baş verməsi bəlli deyil.
Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.