Demokrat.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında deyilir.
Qeyd olunub ki, həmin media subyekti ardıcıl olaraq xarici ölkələrdə baş verən müxtəlif hadisələri yerli qurumların və ya məhsulların fotoları ilə təqdim edərək ictimai fikri çaşdırmağa cəhd etməkdədir: "Müvafiq veb-sayt bu gün dərc etdiyi "Çörək bahalaşdı" sərlövhəli xəbərində əslində qonşu ölkəyə aid mövzunu aldadıcı foto ilə süni şəkildə Azərbaycan reallığına proyeksiya edərək auditoriyanı yanlış istiqamətə yönləndirib. Saytın lentində rast gəlinən "Dollar kəskin bahalaşdı" başlıqlı xəbər də bu qəbildəndir.
Xatırladırıq ki, cəmiyyəti dəqiq və obyektiv məlumatlarla təmin etmək, yalan və saxta xəbər tirajlamamaq medianın ölkə qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələrindəndir. Oxucuları sensasiyalı və ya şişirdilmiş başlıqlar, şəkillər və ya videolarla linkə daxil olmağa təşviq etmək "Redaksiya siyasəti və peşə etikası qaydaları"nın kobud şəkildə pozulmasıdır.
10Sources
-
ulusum.azMedia qurumlarına rəsmi müraciət – Agentlikdən açıqlama ( 19992022)
-
aia.azMedianın İnkişafı Agentliyi bu sayta xəbərdarlıq etdi ( 19989577)
-
adalet.azMedianın İnkişafı Agentliyi bu sayta xəbərdarlıq etdi ( 19989535)
-
baki-xeber.comMEDİA Agentliyi insanları çaşdıran xəbərlər paylaşan sayta xəbərdarlıq etdi... ( 19987174)
-
senzor.azMEDİA bu sayta xəbərdarlıq etdi ( 19986661)
-
anews.azAzərbaycan Media Agentliyi News24.az saytına xəbərdarlıq edib ( 19986148)
-
qaziler.azOxucuları sensasiyalı başlıqlarla cəlb etmək peşə etikasının kobud şəkildə pozulmasıdır - MEDİA ( 19983817)
-
azerbaijan-news.azMedianın İnkişafı Agentliyi manipulyativ başlıqlarla xəbərlər dərc edən saytla bağlı açıqlama yayıb ( 19982836)
-
hurriyyet.azMEDİA müğənni Ruhunin saytına xəbərdarlıq etdi ( 19982683)
-
turkic.worldİnsanları çaşdıran xəbərlər paylaşan sayta xəbərdarlıq edilib ( 19980931)