EN

MS-dəki fəaliyyətini başa vurdu

“Mançester Siti” rəhbərliyində dəyişiklik baş verib.

"Football-plus.az" xəbər verir ki, Çiki Beqiristayn idman direktoru vəzifəsindən ayrılıb.

Bu haqda İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. İspaniyalı sabiq futbolçu 13 il idi MS-də çalışırdı. 60 yaşlı funksioner İngiltərə klubunda 2012-ci ildə fəaliyyətə başlayıb. Onun işlədiyi dövrdə komanda 21 kubok qazanıb.

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü olan Beqiristayn 2003-10-cu ildə “Barselona”nın idman direktoru postunda işləyib.

Chosen
15
1
football-plus.az

2Sources