EN

Avropada dəhşətli istilər: AES lər dayandı

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropanın bir sıra atom elektrik stansiyaları (AES) anomal istilər səbəbindən enerji istehsalını azaltmağa, hətta müvəqqəti fəaliyyətini dayandırmağa məcbur olub.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, yüksək temperatur reaktorların soyudulmasını çətinləşdirdiyindən Fransa və İsveçrədə yerləşən AES-lər fəaliyyətini dayandırıb.

Qeyd edilir ki, 2025-ci ilin iyunu Qərbi Avropada tarixin ən isti ayı olub. İstilərin təsiri ilə kondisionerlərin kütləvi istifadəsi enerji sisteminə ciddi yük yaradıb. Avropa ölkələrinin elektrik şəbəkəsi kondisionerlərdən istifadənin kəskin artması səbəbindən aşırı yüklənməyə məruz qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
48
10
axar.az

10Sources