ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail hərbçiləri gecə saatlarında Suriyanın cənubunda reyd keçirib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Reyd Hader kəndi ərazisində keçirilib.
“210-cu diviziyanın qoşunları bölgəyə yerləşdirilib və İsrail mülki əhalisini, xüsusən də Qolan təpələrinin sakinlərini qorumaq üçün hər hansı terrorçu qruplaşmanın Suriyada mövqe tutmasının qarşısını alaraq fəaliyyətini davam etdirir”, - məlumatda bildirilib.
Vurğulanıb ki, reydin məqsədi silah qaçaqmalçılığının qarşısını almaqdır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.