EN

“Vugar Gashimov Open 2025" turnirinə yekun vurulub - FOTO

Vüqar Həşimov Şahmat Fondu və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığıyla keçirilən "Vugar Gashimov Open 2025" beynəlxalq şahmat turnirinə yekun vurulub.

Apasport.az xəbər verir ki, 9 turdan sonra hamıdan çox 8 xal toplayan Əhməd Əhmədzadə yarışın qalibi adını qazanıb.

Hərəyə 7,5 xal toplayan Tunar Davudovla Murad İbrahimli müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb.

Qeyd edək ki, turnirdə 6 ölkədən 205 şahmatçı iştirak edib. Reqlamentə əsasən yarışın qalibi kubok və 4500 manat pul mükafatı qazanıb. 

11-ci dəfə keçirilən "Vugar Gashimov Open" cari il "Azərbaycan Şahmat Turu" layihəsinə daxil edilib.

Xaçmazda şahmat turniri keçirilib - FOTO

Şahmat üzrə media turniri keçirilib - FOTO

“Lankaran Open” festivalının bağlanış mərasimi olub - FOTO

FIDE tərəfindən 11 yaşlı qrossmeysterə ustalığa namizəd dərəcəsi verilib

Təmsilçilərimiz ilk görüşdə məğlub olublar

Chosen
44
10
apasport.az

10Sources