EN

ABŞ institutu: Pekin nüvə strategiyasını dəyişir

​BAKI, 3 avqust. TELEQRAF

Çin nüvə strategiyasını dəyişərək onu yalnız müdafiə vasitəsi deyil, həm də ABŞ-nin Asiya-Sakit okean regionundakı müttəfiqlərinə təzyiq alətinə çevirir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Hudson İnstitutunun məlumatında deyilir.

Tədqiqatçılar bildirirlər ki, Çin 2030-cu illərin ortalarınadək ABŞ-la nüvə paritetinə çata bilər – 1000-dən çox döyüş başlığı və tam nüvə triadası ilə. Əsas məqsəd isə müharibə yox, Yaponiya, Cənubi Koreya və Filippin kimi ölkələrin ABŞ-ın "nüvə çətirinə" olan etimadını sarsıtmaqdır.

Hesabatda qeyd olunur ki, Çin hipersəs raketləri və orbitdən zərbə sistemləri daxil olmaqla qabaqcıl texnologiyalara sərmayəni artırır və nüvə ritorikası ilə psixoloji təzyiqi gücləndirir.

Hudson İnstitutu ABŞ-a çağırış edir ki, Çinlə silahlara nəzarət illüziyasından imtina edilsin, regionda hərbi güc artırılsın və Çin təbliğatına qarşı mübarizə gücləndirilsin.

Chosen
25
teleqraf.com

1Sources