EN

Azərbaycanda faşizm üzərində qələbə abidəsi satılıb? - İDDİA

Azərbaycanda kuryoz hadisə baş verib.
 
Moderator.az bildirir ki, bu barədə oxu.az-a Cəlilabadın Göytəpə şəhər sakinləri məlumat verib.
 
Sakinlər iddia edirlər ki, rayonun Göytəpə şəhərində 1941-1945-ci il Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin əldə edilməsinə görə ucaldılan xatirə abidəsinin yeri dolayı sənədlər əsasında Almaniyada yaşayan bir şəxsə satılıb. Abidənin ərazisi isə dəmir hasara alınıb.
 
Onlar əlavə ediblər ki, sakinləri bu hala biganə qalmayıblar. Belə ki, sakinlər öz hesablarına abidəni yenidən bərpa ediblər.
 
Hazırda abidənin ətrafından hasarın sökülməsi üçün Göytəpə şəhər sakinləri tərəfindən imzalar toplanıb, müvafiq qurumlara müraciət hazırlanır. Sakinlərin tələbi abidənin əvvəlki vəziyyətinə qaytarılmasıdır.
Chosen
14
6
moderator.az

7Sources