AZ

Azərbaycanda qələbə abidəsi satıldı

Azərbaycanda kuryoz hadisə baş verib.

Viral.az xəbər verir ki, oxu.az-a bu barədə Cəlilabadın Göytəpə şəhər sakinləri məlumat verib.

Sakinlər iddia edirlər ki, rayonun Göytəpə şəhərində 1941-1945-ci il Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin əldə edilməsinə görə ucaldılan xatirə abidəsinin yeri dolayı sənədlər əsasında Almaniyada yaşayan bir şəxsə satılıb. Abidənin ərazisi isə dəmir hasara alınıb.

Son Yazılar:

Onlar əlavə ediblər ki, sakinləri bu hala biganə qalmayıblar. Belə ki, sakinlər öz hesablarına abidəni yenidən bərpa ediblər.

Hazırda abidənin ətrafından hasarın sökülməsi üçün Göytəpə şəhər sakinləri tərəfindən imzalar toplanıb, müvafiq qurumlara müraciət hazırlanır. Sakinlərin tələbi abidənin əvvəlki vəziyyətinə qaytarılmasıdır.

Seçilən
11
5
viral.az

7Mənbələr