Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.
Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəzarətsiz ərazidə – ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda baş verib.
Məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub və axtarış-xilasetmə tədbirlərinə başlayıblar.
Görülən tədbirlər nəticəsində batmış şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.