EN

Gəncədə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var

Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, şəhər ərazisində hərəkətdə olan üç avtomobil toqquşub.

Qəza nəticəsində 1974-cü il təvəllüdlü M.Zeynalova və 1994-cü il təvəllüdlü X.Zeynalov xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Chosen
17
7
avtosfer.az

8Sources