EN

Bilal İsmayılov “Şamaxı”da

“Cəbrayıl”ın yarımmüdafiəçisi Bilal İsmayılov bundan sonra Premyer Liqa təmsilçisi “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Şamaxı”nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Şamaxı” yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir. Sözügedən klub bu gün Bilal İsmayılovu heyətinə qatıb. 21 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Daha öncə “Qəbələ”nin U-19 komandasında və əvəzedicilərində oynamış Bilal ötən ilin yayından “Cəbrayıl”da çıxış edirdi.

“Şamaxı” buna qədər Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi, Sezar Henrike Dias Santos, David Santos və Rikardo Apolinarionu da heyətinə qatmışdı. Kamal Bayramov, Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli, Murad Vəliyev, Rauf Rüstəmli, Cəlal Hüseynov, Vüsal Məsimov və Səbayıl Bağırov komandanı tərk ediblər. Rikardo Fernandes, Alfons Msanqa, Abdulla Seydəhmədov və Rafael Məhərrəmli ilə də yeni müqavilə imzalanıb.

Chosen
41
arena.az

1Sources