EN

Ekspert: "Azərbaycan Suriyanın yenidən qurulmasında rol oynayacaq"

“Azərbaycan qazının Suriyaya nəql olunması Suriyanın enerji çatışmazlığının həlli istiqamətində böyük rol oynayacaq və bu da iki dost ölkə arasında əlaqələrin inkişafı baxımından müsbət addım kimi qiymətləndirilməlidir". 

Bunu Demokrat.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.

"Azərbaycanla Suriya arasında dostluq münasibətlərinin inkişafı, eyni zamanda, Türkiyə ilə Suriyada birgə fəaliyyət təbii ki, kifayət qədər önəm daşıyır. 
Hesab edirəm ki, bu tarixi hadisə iki ölkə arasındakı münasibətlərin perspektivlərinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Suriyanın yenidən qurulmasında rol oynayacaq ölkələrdən biridir və qardaş Türkiyə ilə təbii ki, koordinasiyalı fəaliyyət göstərir. 
Bu addımın təkcə iqtisadi deyil, eyni zamand, geosiyasi əhəmiyyəti var. Geosiyasi proseslərin mərkəzi sayılan Suriyada bir sıra dövlətlər fəaliyyət göstərməyə cəhd edirlər. Xüsusilə bura Avropa İttifaqı ölkələrini misal göstərə bilərik”.

Ekspert bildirib ki, bir sıra ölkələrin Suriyada fəaliyyət göstərməyə çalışması təsadüfi deyil:

“Azərbaycanın Suriyaya qaz nəql etməsi sıradan hadisə deyil və təsadüfən baş verməyib. Bu, uğurlu diplomatik fəaliyyətin nəticəsidir və iki ölkə arasında əlaqələrin inkişafına, iqtisadi imkanların genişlənməsinə şərait yaradacaq".

Əfsanə Kamal
Demokrat.az
Chosen
23
demokrat.az

1Sources