“Zirə”nin “Hayduk”la oyunlarında Salifu Sumanın yeri açıq-aşkar görünürdü.
O meydanda olsaydı, “qartallar”ın Xorvatiya təmsilçisini keçmək ehtimalı çox artacaqdı. Ancaq qvineyalı vingerin qəlbi indi “Malmö” ilə döyünür.
“İberiya 1999” ilə RFŞ-ni sıradan çıxaran İsveç çempionu avqustun 5-də Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Kopenhagen”i qəbul edəcək.
Sumanın transferini iyulun 28-də tamamlayan “Malmö” onu RFŞ ilə oyunlar üçün sifariş edə bilmədi. Amma Danimarka çempionu ilə oyunlarda meydana çıxması yolunda heç bir texniki problem yoxdu.
ORXAN