AZ

Suma “Kopenhagen”ə qarşı oynaya biləcək

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Zirə”nin “Hayduk”la oyunlarında Salifu Sumanın yeri açıq-aşkar görünürdü. O meydanda olsaydı, “qartallar”ın Xorvatiya təmsilçisini keçmək ehtimalı çox artacaqdı. Ancaq qvineyalı vingerin qəlbi indi “Malmö” ilə döyünür. “İberiya 1999” ilə RFŞ-ni sıradan çıxaran İsveç çempionu avqustun 5-də Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Kopenhagen”i qəbul edəcək. Sumanın transferini iyulun 28-də tamamlayan “Malmö” onu RFŞ ilə oyunlar üçün sifariş edə bilmədi. Amma Danimarka çempionu ilə oyunlarda meydana çıxması yolunda heç bir texniki problem yoxdu.ORXAN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
icma.az

2Mənbələr