EN

Aygün Attar: Azərbaycan qazının Suriyaya tədarükü Bakının Yaxın Şərqdə artan rolunun təzahürüdür

Azərbaycanın uğurlu xarici siyasəti təkcə siyasi təşəbbüslərdə deyil, həm də iqtisadi addımlarda özünü göstərir. Türkiyənin Kilis vilayəti vasitəsilə Azərbaycan qazının Suriyaya nəqlinə başlanması Bakının Yaxın Şərq regionunda artan rolunun təzahürüdür.

Operativ Media xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri, professor Aygün Attar ifadə edib.

TADİV rəhbəri xatırladıb ki, Azərbaycan-Suriya dialoqunun fəal mərhələsi Antalyada keçirilən IV Diplomatiya Forumu çərçivəsində aprelin 11-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa arasında keçirilən görüşdə başlayıb: “Azərbaycan dövlətinin başçısı Antalyada bəyan edib ki, respublikamız qardaş Türkiyə ilə birlikdə Suriyanın dincəlməsinə və inkişafına töhfə verməyə hazırdır. 

A.Attar, həmçinin bu ilin iyulunda Azərbaycan paytaxtında keçirilən yüksəksəviyyəli müzakirələri Bakı ilə Dəməşq arasında dialoq üçün xüsusilə əlamətdar adlandırıb. O qeyd edib: “Azərbaycan və Suriya liderləri arasında aparılan danışıqlar Dəməşqin dəstəklənməsi üzrə atılacaq fəal addımların yeni mərhələsinin başlanğıcı oldu”.

TADİV rəhbəri vurğulayıb ki, Azərbaycan qazının tədarükü sayəsində Suriyada elektrik enerjisi istehsalı ikiqat artacaq və bu, milyonlarla suriyalının həyat şəraitini yaxşılaşdıracaq. 

Azərbaycan ilə İraq arasında dialoqu da xatırladan professor deyib: “Sıx iqtisadi əməkdaşlıq dövlətlərin uğurlu əlaqələr qurmasının əsasını təşkil edir. Bu səbəbdən də Azərbaycan qazının Suriyaya tədarükü, sözsüz ki, Bakının Yaxın Şərqdə uğurlu və fəal siyasəti istiqamətində atılan növbəti addımdır”.

Chosen
57
3
operativmedia.az

10Sources