Ajans.az xəbər verir ki, hadisə Qala qəsəbəsindən Pirallahı rayonu istiqamətinə olan yolda baş verib. Məlumata görə, 1961-ci təvəllüdlü Balatir Əliyev idarə etdiyi VAZ-2104 markalı avtomaşın ilə hərəkətdə olarkən, piyada – 2007-ci il təvəllüdlü Polad Hüseynovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən Sabunçu tibb mərkəzində ölüb. Faktla bağlı Xəzər RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.