EN

İranın sabiq parlament sədri yüksək vəzifəyə gətirilir

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranın Ali Milli Təhlükəsizlik Şurasında struktur dəyişiklikləri fonunda tanınmış siyasi fiqur, İranın sabiq parlament sədri Əli Laricaninin vəzifəyə gətiriləcəyi ehtimal olunur.

Bakupost.az "Azad İran"a istinadla "Telegram" kanalı İran KİV-ə istinadən xəbər verir ki, yaxın günlərdə Əli Laricani şuranın katibi postunu təhvil alacaq.

Hazırkı katib Əli Əkbər Əhmədian isə ölkənin strateji sənədlərinə nəzarət funksiyasını öz üzərinə götürəcək.

Bildirilib ki, eyni zamanda, struktur dəyişikliyi çərçivəsində yeni bir orqanın - Müdafiə Şurasının yaradılması nəzərdə tutulur. Bu qurumun ölkənin müdafiə siyasətinin formalaşdırılmasında əsas rol oynayacağı gözlənilir.

Ölkə konstitusiyasının 176-cı maddəsinə əsasən, bu dəyişikliklərin Səid Cəlilinin Təhlükəsizlik Şurasından kənarlaşdırılması ilə müşayiət olunacağı ehtimal edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
www.bakupost.az

1Sources