EN

Yaponiyada güclü ZƏLZƏLƏ

Modern.az saytına istinadən ain.az xəbər verir.

Yaponiyanın şərq sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Seysmik hadisənin 31 min nəfər əhalisi olan Hokkaydo adasının şimal-şərqindəki Nemuro şəhərindən 108 km aralıda, 10 km dərinlikdə qeydə alınıb.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
80
15
modern.az

10Sources