“Fənərbağça” PSJ-nin futbolçusu Milan Şkrinyarın birdəfəlik trasferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
İstanbul təmsilçisi bu keçidə görə Paris klubuna 7 milyon avro ödəyəcək.
Şkrinyar ötən mövsüm icarə əsasında "Fənərbağça"da oynayıb. O, Super Liqada 16 matçda 3 qol vurub.