EN

"Liverpul" İsakın transferi üzərində işi davam etdirir

Bakı. Trend:

"Liverpul" Aleksandr İsakın transferi üzərində işi davametdirir.

Trend xəbər verir ki, dahaəvvəl "Nyukasl" mersisayd klubunun rəsmi təklifini rədd etmişdi –təklifin məbləği 110 milyon funt + bonuslar (ümumilikdə 120milyondan az) təşkil edirdi.

"Sky Sports"un məlumatına görə, "Liverpul" hücumçunun transferiüçün ikinci təklif hazırlayır.

Qeyd olunur ki, "Nyukasl" Aleksandr İsaqı satmaq istəmir və onu150 milyon funt sterlinqə qiymətləndirir. Futbolçunun özü dahaəvvəl "Liverpul"a keçməkdə maraqlı olduğunu bildirmişdi.

Ötən mövsüm İsak Premyer Liqada 34 oyuna çıxaraq 23 qol vurub və6 məhsuldar ötürmə edib.

Chosen
16
3
az.trend.az

4Sources