sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Liverpul" Aleksandr İsakın transferi üzərində işi davam etdirir. Sport24.az xəbər verir ki, daha əvvəl "Nyukasl" mersisayd klubunun rəsmi təklifini rədd etmişdi – təklifin məbləği 110 milyon funt + bonuslar (ümumilikdə 120 milyondan az) təşkil edirdi.
"Sky Sports"un məlumatına görə, "Liverpul" hücumçunun transferi üçün ikinci təklif hazırlayır.
Qeyd olunur ki, "Nyukasl" Aleksandr İsaqı satmaq istəmir və onu 150 milyon funt sterlinqə qiymətləndirir. Futbolçunun özü daha əvvəl "Liverpul"a keçməkdə maraqlı olduğunu bildirmişdi.
Ötən mövsüm İsak Premyer Liqada 34 oyuna çıxaraq 23 qol vurub və 6 məhsuldar ötürmə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.