EN

Messi ən azı 2028-ci ilə qədər "İnter Mayami"də qala bilər

Bakı. Trend:

Lionel Messi ən azı 2028-ci ilə qədər "İnter Mayami"də qalabilər. Hücumçu və klub hazırda 2025-ci ilin sonunda başa çatacaqmüqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.

Trend xəbər verir ki,"Marca"nın məlumatına görə, amerikalılar argentinalı futbolçuya azı3 illik, yaxud Messi istəsə, 41 yaşına qədər oynaya biləcəyi dahauzunmüddətli müqavilə təklif etməyi planlaşdırır.

Messi "İnter Mayami"də qalmaq və klubla titullar qazanmaqlayanaşı, 2026-cı il dünya çempionatına yaxşı formada hazırlaşmaqniyyətindədir.

Gözlənilir ki, hər iki tərəf futbolçunun istədiyi müddətəoynamaqda razıdır. Bu səbəbdən Messiyə uzunmüddətli müqavilə vəkaryerasını bitirdikdən sonra klubda müəyyən bir vəzifəyə keçidimkanı təklif olunacaq.

Müqavilənin ləğvi və karyeranın istənilən an sonlandırılmasıqərarını isə tam şəkildə Messi özü verə biləcək.

Chosen
33
2
az.trend.az

3Sources