AZ

Messi bu ilə qədər “İnter Mayami”də qala bilər

Tribuna saytından alınan məlumata görə, ain.az bildirir.

Lionel Messi ən azı 2028-ci ilə qədər “İnter Mayami”də qala bilər. Hücumçu və klub hazırda 2025-ci ilin sonunda başa çatacaq müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.

Tribunainfo.az xəbər verir ki, “Marca”nın məlumatına görə, amerikalılar argentinalı futbolçuya azı 3 illik, yaxud Messi istəsə, 41 yaşına qədər oynaya biləcəyi daha uzunmüddətli müqavilə təklif etməyi planlaşdırır.

Messi “İnter Mayami”də qalmaq və klubla titullar qazanmaqla yanaşı, 2026-cı il dünya çempionatına yaxşı formada hazırlaşmaq niyyətindədir.

Gözlənilir ki, hər iki tərəf futbolçunun istədiyi müddətə oynamaqda razıdır. Bu səbəbdən Messiyə uzunmüddətli müqavilə və karyerasını bitirdikdən sonra klubda müəyyən bir vəzifəyə keçid imkanı təklif olunacaq.

Müqavilənin ləğvi və karyeranın istənilən an sonlandırılması qərarını isə tam şəkildə Messi özü verə biləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
2
tribunainfo.az

3Mənbələr