Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli öz sosial şəbəkə hesabında yazıb.
Azərbaycan nümayəndə heyətinin bəyanatında qeyd olunub ki, ATƏT-in faəliyyətsizliyi fonunda Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməli olub:
"ATƏT münaqişənin həlli ilə bağlı mandatını yerinə yetirmək missiyasını həyata keçirməsə də, Azərbaycan ədaləti və öz ərazi bötüövlüyünü bərpa edərək Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün tarixi fürsət yaratdı".