Avqusutun 1-də Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli öz sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, Helsinki Yekun Aktının 50-ci ildönümünü qeyd edən ATƏT sədrliyi qurumun prinsiplərinin qüvvədə qaldığını və ATƏT-in regionunda təhlükəsizlik və sabitliyin əsasını təşkil etməli olduğunu bir daha vurğulayıb. Buna etiraz edən Azərbaycan nümayəndə heyətinin bəyanatında qeyd olunub ki, ATƏT-in faəliyyətsizliyi fonunda Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməli olub: "ATƏT münaqişənin həlli ilə bağlı mandatını yerinə yetirmək missiyasını həyata keçirməsə də, Azərbaycan ədaləti və öz ərazi bötüövlüyünü bərpa edərək Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün tarixi fürsət yaratdı".