Aktyor Maksim Qlotov vəfat edib
Rusiyalı aktyor Maksim Qlotov dünyasını dəyişib.
Bu barədə məlumatı "Shot" Telegram kanalı yayıb.
Məlumata görə aktyorun meyiti Moskva şəhərindəki mənzilində tapılıb. Onun 60 yaşı var idi. Bildirilir ki, faciədən bir neçə gün öncə Qlotov ailəsi ilə əlaqəni kəsmişdi. Ailə üzvləri ilə münasibətlərinin gərgin olduğu qeyd edilir. Qlotovun yaxınları hazırda Odessada yaşayır.
Maksim Qlotov "Ranevskaya", "Saxlanılanlar", "Sklifosovskiy" kimi məşhur seriallardakı rolları ilÉ™ tanınıb. Karyerası É™rzindÉ™ 120-dÉ™n çox film vÉ™ serialda çəkilmiÅŸdi. Sonuncu rolları 2023-cü ilÉ™ aiddir. Son illÉ™rdÉ™ isÉ™ aktyor öz ixtisası üzrÉ™ fÉ™aliyyÉ™t göstÉ™rmirdi vÉ™ sürücü kimi iÅŸlÉ™yirdi./Milli.Az Â