EN

“Bu, risklidir - Özümüzə qiymət verməliyik”

“Havaların isti keçdiyinizi nəzərə alsaq, bu cür ağır məşqləri süni meydanda keçmək risklidir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib.

O, “ev oyunlarınızı süni örtüklü meydanda keçirsəniz də, Qəbələdə otda məşq etdiz. Bu, sonra komandanıza çətinlik yaratmayacaq" sualına cavabında aşağıdakıları söyləyib:

“Digər komandalarda çalışdığım dönəmlərdə də toplanışı Qəbələdə keçməyin tərəfdarı olmuşam. Türkiyədə bəzi yerlər var ki, Qəbələ ordan daha yaxşıdır.

İlk növbədə özümüzə qiymət verməliyik. Əvvəlki illərdə Qəbələdə yoxlama oyunları üçün rəqib tapmaq problemi olurdu.

Bu dəfə belə bir çətinlik yoxdur. Əsas mərhələni başa vurandan sonra növbəti iki həftəni Şamaxıda hazırlaşacağıq və “İmişli” ilə süni örtükdə sınaq matçı keçirəcəyik”.

Chosen
11
sportinfo.az

1Sources