"Səbail"dən ayrılaraq Xorvatiyaya yollanan Rüfət Abdullazadə “Varajdin”lə müqavilə imzalayıb.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu kollektivlə məşqlərə qoşulub.
O, komandanın Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Santa-Klara” ilə görüşünün hazırlıqlarında iştirak edib.
Abdullazadə kollektivlə yanaşı, həm də fərdi məşqlərini yerinə yetirir.
24 yaşlı yarımmüdafiəçi “Varajdin”lə 3 illik müqavilə imzalayıb.