EN

"Qalatasaray" 13 yaşlı futbolçu üçün 6 milyon ödəyəcək

"Qalatasaray" yerli futbolun gələcəyinə böyük yatırım etmək məqsədilə "Altınordu" klubunun 13 yaşlı istedadı Ömər Özyurtun transferi üçün razılıq əldə edib.

"Unikal" fanat-a xəbər verir ki, İstanbul klubu bu transfer müqabilində "Altınordu"ya 6 milyon TL təzminat ödəyəcək.

Bu barədə məlumatı türkiyəli jurnalist Rəşad Can Özbudaq yayıb.

Razılaşmaya əsasən, Ömər Özyurtun gələcəkdə başqa kluba satılması halında növbəti satışdan 30 faiz pay da İzmir təmsilçisinə çatacaq.

Qeyd edək ki, Ömər Özyurt hələ akademiya səviyyəsində çıxış edir və futbol ictimaiyyəti tərəfindən yaxından izlənilən istedadlardan biri hesab olunur.

Chosen
32
3
unikal.az

3Sources