EN

Şəmkirdə 1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibəti ilə tədbir keçirilib

Şəmkir rayonunda 1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar YAP Şəmkir rayon təşkilatı  və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir keçirilib.

Tədbirin rəsmi hissəsində Dövlət Himnimiz səsləndirilib, Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək bildirib ki, ömrü boyu xalqına sədaqətlə xidmət etmiş Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində də çox böyük xidmətləri olmuşdur. Bütün süni məhdudiyyətlərə rəğmən Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir.

İcra başçısı qeyd edib ki, xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider ana dilimizin - Azərbaycan dilinin adını özümüzə qaytarmışdır.

Rəşad Tağıyev sonda xüsusi vurğulayıb ki, Azərbaycan dilinin hərtərəfli inkişafı istiqamətində Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasətini bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir.

YAP Şəmkir Rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxışında qeyd etdi ki, müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalq­larının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azər­aycan əlifbasının bərpasını zəruri etdi. Hə­min vaxtdan müstəqil Azərbaycan Respubli­kasında tədricən latın qrafikalı milli əlifbamı­za keçid mərhələsi başlandı. Bu tarixi proses Ümummili liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşdi. Prezident Heydər Əliyev latın qra­fikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nə­zərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbay­can dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbay­can Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Tədbirdə çıxış edən Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov və digər partiya fəalları çıxışlarında Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin xidmətlərindən danışıb, onun bu istiqamətdə olan bütün addımlarının xalqımız üçün əvəzedilməz töhfə olduğunu bildiriblər.

Tədbir çərçivəsində məktəblilərin və azyaşlıların ifasında Ana dilimizə həsr olunan şeirlər səsləndirilib, rəqslər və musiqili kompozisiyalar təqdim olunub.

1Sources