EN

Dəmir yolları, neft anbarları və hərbi arsenallar - əsas hədəf bunlardır!

Rusiyanın fasiləsiz hücumlarını zəiflətmək, bu tempi az da olsa aşağı salmaq üçün Ukrayna tərəfi uzaqmənzili dronlardan maksimum istifadəyə çalışır.

Moderator.az xəbər verir ki, ABŞ hərbi dairələrinin apardığı təhlillərdən məlum olub ki, Ukrayna indiki məqamda daha çox dəmir yollarını, neft anbarlarını və hərbi arsenalları sıradan çxıarmağa çalışır ki, bu da tamamilə məntiqlidir. Çünki dəmir yollarının sıradan çıxarılması ön xəttin lazımi hərbi təchizatla təmin edilməsini ləngidir ki, bu da Rusiya tərəfinin hücumlarında fasilələrin yaranmasına səbəb olur. Nəticədə, Ukrayan tərəfi müdafiə üçün daha çox vaxt və imkan əldə edir. Neft anbarlarının sıradan çıxarılması isə rus ordunun yanacaq təchizatına zərbə vurmaqla yanaşı, onun ixrac imkanlarını da azaldır, Rusiya büdcəsinə maliyyə axınına imkan vermir.

Başqa sözlə desək, Ukrayna neft anbarlarını vurmaqla Rusiyanı sadəcə hərbi deyil, maliyyə baxımından da çökdürməyə çalışır.

Mütəxəssislər hesab edir ki, proseslərin gedişatı yaxın gələcəkdə hər iki tərəfin uzaqmənzilli raketlərdən daha çox istifadə edəcəyini söyləməyə imakn verir.

Seymur ƏLİYEV

Chosen
22
moderator.az

1Sources