EN

Premyer Liqada klubunu dəyişmək üçün israr edir - Bu hücumçu

“Nyukasl”ın hücumçusu Aleksander İsakın “Liverpul”a keçidi reallaşmaq üzrədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli futbolçunun artıq Mersisayd klubu ilə şəxsi müqavilə şərtlərini tam razılaşdırdığı iddia olunur.

Transferin maliyyə dəyəri 120-125 milyon avro civarında ola bilər. İsak özü də məhz “Liverpul”a keçidə üstünlük verir və bu transferin baş tutması üçün israr edir.

25 yaşlı forvard son mövsümdə bütün turnirlərdə 42 matçda iştirak edib, 27 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Premyer Liqada yeni mövsümün açılış oyunu avqustun 15-də, “Liverpul” – “Bornmut” qarşılaşması ilə start götürəcək.

Chosen
21
sportinfo.az

1Sources