EN

Maşının təkəri partladı, qəza oldu - Ölən var

Ələt-Astara avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, qəza yolun 157-ci kilometrliyində qeydə alınıb.

Lənkəran rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olan minik avtomobilinin təkərinin qəfil partlaması qəzaya səbəb olub.

Hadisə nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıblar.

Milli.Az

Chosen
17
4
milli.az

5Sources