EN

UEFA Ukrayna klubunu cəzalandırıb

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

UEFA Ukraynanın "Aleksandriya" klubunu cəzalandırıb.

Oxu.Az xəbər verir ki, buna "Partizan"la keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında komanda azarkeşlərinin Serbiyaya qarşı zorakılıq çağırışı və Rusiya MOİK-ini təhqir etmələri səbəb göstərilib.

İntizam Komitəsinin qərarına əsasən, "Aleksandriya" 20 min avro cərimə ödəyəcək və qarşıdakı iki il ərzində qayda pozuntusu təkrarlanacağı halda, tribunasının bir hissəsini qapatmalı olacaq.

İki oyunluq mübarizənin yekununda "Partizan" 2:0 və 4:0 hesablı qələbələrlə mərhələ adlayıb. Konfrans Liqasının III təsnifat mərhələsində Serbiya təmsilçisinin rəqibi Şotlandiya "Hibernians"ı olacaq.

Qeyd edək ki, Serbiyanın "Partizan" klubu Rusiyanın CSKA (MOİK) komandası qardaşlaşıb və mütəmadi olaraq yoldaşlıq görüşü keçirirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
oxu.az

2Sources